Kəmaləddin Heydərov: “Mina xəritələrinin dəqiqlik səviyyəsi aşağıdır”

Kəmaləddin Heydərov: “Mina xəritələrinin dəqiqlik səviyyəsi aşağıdır”

 “Vətən müharibəsində qələbəmiz çox parlaq bir qələbədir”.

SalamNews-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Fövqəladə hallar naziri deyib ki, 44 gündə 30 illik işğala son qoyulub: “Artıq düşmənin vəhşiliklərinin üstü indi açılıb. O ərazilər insanları məhv etmək üçün minalanıb, hər yeri dağıdıblar. Əgər bu torpaqlar sizindirsə, niyə dağıntılar törədirdiniz? Bu, onların xislətini göstərir”.

Nazir vurğulayıb ki, bu gün Ermənistanın təqdim etdiyi mina xəritələrinin də dəqiqlik səviyyəsi aşağıdır.

Salamnews.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =