Kənani: Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb

Xarici İşlər Nazirliyinin mətbuat katibi İran və Azərbaycan prokurorlarının görüşünün nəticəsini və iki ölkə arasında münasibətlərin həlli istiqamətindəki səyləri, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə aid işin gedişatını müsbət qiymətləndirərək deyib: “Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib.”
İRNA-nın xarici siyasət sahəsi üzrə müxbirinin məlumatına görə, Nasir Kənani bu gün – bazar ertəsi, 25 dekabr – jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında deyib: “Digər sahələrdə də iki ölkə arasında əlaqələrin inkişafında yaxşı hadisələrin şahidi oluruq, ticarət sahəsində də müvafiq danışıqlar aparılıb.”