Kənani Cəbəliyyə düşərgəsində baş verən yanğından sonra Fələstin xalqına başsağlığı verib

Kənani Cəbəliyyə düşərgəsində baş verən yanğından sonra Fələstin xalqına başsağlığı verib

Xarici İşlər Nazirliyinin sözçüsü Qəzzə zolağında Cəbəliyyə düşərgəsində çoxlu sayda ölüm və yaralanma ilə nəticələnən yanğından sonra Fələstin xalqına və həlak olanların ailələrinə başsağlığı verib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani noyabrın 18-i, bu gün səhər (cümə) ərəb dilində bir tvit göndərərək, fələstinlilərə başsağlığı verib.

O, bu tvitində yazıb: Qəzzə zolağının şimalındakı Cəbəliyyə düşərgəsində baş verən və çoxlu sayda ölü və yaralının olmasına səbəb olan faciəvi yanğında əziz Fələstinə və onun millətinə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Uca Allahdan mərhumlara rəhmət, yaralananlara şəfa, ailələrinə səbr diləyirik.

Qəzzə zolağının şimalında yerləşən Cəbəliyyə düşərgəsindəki yaşayış binasında ötən gecə baş vermiş yanğın nəticəsində 7-si uşaq və qadın olmaqla 21 nəfər həlak olub.

Qəzzə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ilkin araşdırmalar yanğına səbəb olan bu binada külli miqdarda benzinin saxlandığını göstərir.

Qəzzəyə yardım qüvvələrinin sözçüsü həmçinin çoxmərtəbəli binanın bir mənzilində yanğının baş verdiyini və bu hadisənin səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =