Kənani: Məşhur terrorçunun başçılıq etdiyi sionist rejimin mütəşəkkil terrorizminin artması ehtimalı var

Kənani: Məşhur terrorçunun başçılıq etdiyi sionist rejimin mütəşəkkil terrorizminin artması ehtimalı var

Xarici İşlər Nazirliyinin sözçüsü 2022-ci ildə sionist rejim tərəfindən 224 fələstinlinin şəhid olmasına toxunaraq deyib:

“Məşhur terrorçunun başçılıq etdiyi İsrail rejiminin mütəşəkkil terrorizminin genişlənməsi ehtimalı sionistlərin fələstinlilərə qarşı cinayətlərinin artması ilə bağlı qlobal narahatlığı artırıb.”

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün (cümə axşamı), yanvarın 12-si bir sıra tvitlərində sionist rejimin işğal olunmuş ərazilərdəki cinayətlərinə, o cümlədən məzlum Fələstin xalqını şəhid etməsinə toxunub:

“İordan çayının qərb sahilində 24 saatdan az bir vaxtda sionist işğalçıların atəş açmasınəticəsində 3 fələstinli şəhid olub və 2023-cü ilin ilk iki həftəsindən az bir müddətdə fələstinli şəhidlərin sayı 3-ü uşaq olmaqla 7 nəfərə yüksəlib!”

Sionist rejim 24 saatdan az bir müddətdə İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 3 fələstinlini şəhid edib.

Kənani başqa bir tvitində yazıb: “Sionist aparteid rejimi 2022-ci ildə fələstinli kişi, qadın və uşaqları şəhid etmək və yaralamaq baxımından misli görünməmiş bir rekord (224 şəhid) qıraraq ən qanlı ilini geridə qoydu.”

Bu yüksək səviyyəli iranlı diplomat sionist rejimin Baş naziri Benyamin Netanyahunun hakimiyyətə gəlməsinə işarə edərək xatırladıb:

“Məşhur terrorçunun başçılıq etdiyi İsrail rejiminin mütəşəkkil terrorizminin genişlənməsi ehtimalı sionistlərin fələstinlilərə qarşı cinayətlərinin artması ilə bağlı qlobal narahatlığı artırıb.”

O, başqa bir tvitində də yazıb:

“Sionistlərin cinayətlərində şərik olan Avropa və Amerikadakı yalançı insan haqları iddiaçılarına ümid yoxdur, lakin dünyanın azad insanlarının məzlum Fələstin xalqına yardımı həm insani məsuliyyət, həm də beynəlxalq sülh və təhlükəsizliyə dəstəkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =