Kənani sionist rejimin Hələbə hücumlarını qəti şəkildə pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü bu gün sionist rejimin Hələbə hava hücumlarını pisləməklə yanaşı, bu hücumları bu rejimin uğursuz imicini bərpa etmək məqsədi ilə regionda böhranı davam etdirmək və genişləndirmək üçün Fələstin xalqı və müqavimət qrupları qarşısında ümidsiz cəhd adlandırıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün sionist rejimin Suriyanın Hələb əyalətinin bölgələrinə bir sıra Suriya hərbi qüvvələrinin və mülki əhalinin şəhid olması ilə nəticələnən hava hücumlarını kəskin şəkildə pisləyib.
SANA xəbər agentliyi sionist rejimin Hələb ətrafındakı məntəqələrə hava hücumu təşkil etməsi barədə məlumat yayıb.
Nasir Kənani Suriya hökuməti və xalqına, xüsusilə də bu hücumlarda həlak olanların ailələrinə başsağlığı verərək əlavə edib:
Bu hücumlar beynəlxalq qanun və qaydaların açıq şəkildə pozulması, həmçinin Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulması, regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdiddir.
Beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu təcavüzkar hücumları pisləməklə yanaşı, çəkindirici tədbirlər görməli və sionist təcavüzkar rejimini məsuliyyətə cəlb etməlidir.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Sionist rejimin Suriyadakı terror qruplaşmalarının bu ölkənin bölgələrinə hücumları ilə koordinasiyalı və eyni vaxtda həyata keçirdiyi bu hücumlar İsrail terrorçu rejiminin Suriyadakı terrorçu qruplar və cərəyanlara dəstəyinin əyani sübutudur.
Onlar uzun illər Suriyanın milli təhlükəsizliyini və regionun təhlükəsizliyini hədəfə alıblar və minlərlə günahsız vətəndaşın həyatını özlərinin və tərəfdarlarının pis məqsədlərinə qurban veriblər.
Kənani Qəzzada sionist rejimin uğursuzluğu və həyasızlığına toxunaraq deyib:
Suriyaya təcavüzkar hücumlar bu rejimin Fələstin xalqı və müqavimət qrupları müqabilində uğursuz imicini bərpa etmək məqsədi ilə bölgədəki böhranı davam etdirmək və genişləndirmək üçün ümidsiz bir cəhddir.
Regionun təhlükəsizliyini və sabitliyini pozan bu təhlükəli avantüra ilə mübarizə beynəlxalq və qlobal məsuliyyətdir.