Kənani: Üçlü ada İranın ayrılmaz hissəsidir

Kənani: Üçlü ada İranın ayrılmaz hissəsidir

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Fars Körfəzi Əməkdaşlıq Şurasının iclasının yekun bəyanatına münasibət bildirərkən deyib: “İranın üçlü adası yəni Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları İran İslam Respublikası ərazisinin ayrılmaz və əbədi hissəsidir”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin Ər-Riyadda keçirilən 161-ci iclasının yekun bəyanatında İranla bağlı bəzi bəndləri pisləyib və onları qeyri-konstruktiv və səmərəsiz təkrar adlandırıb.

Nasir Kənani Fars körfəzindəki İran adaları ilə bağlı bəndi qətiyyən rədd edib və vurğulayıb ki, İranın üç adası Əbu Musa, Böyük Tunb və Kiçik Tunb İran İslam Respublikası ərazisinin ayrılmaz və əbədi hissəsidir.

O əlavə edib: “İran İslam Respublikası üç adada mənzil tikintisi və milli və hərbi rəsmilərin İrana məxsus adalara səfəri, eləcə də öz ərazisinin sərhədlərində hərbi manevrlər keçirməsi ilə bağlı hər hansı şərhi onun suveren işlərinə müdaxilə hesab edir və onu pisləyir”. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin Küveytin Arəş qaz yatağının hüququna dair birtərəfli iddiasının Fars Körfəzi Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin yekun bəyanatına daxil edilməsini rədd edib və deyib: “Dəfələrlə bəyanatlar verməyin və birtərəfli iddialar irəli sürməyin heç bir hüquqi dəyəri yoxdur və Küveyt tərəfi üçün heç bir hüququ sübut etmir”.

O, əlavə edib: “Arəş yatağı ilə bağlı yeganə məntiqli və səmərəli həll yolu, mehriban qonşuluq və ümumi maraqlara hörmət əsasında sabit razılaşma əldə etmək üçün texniki və hüquqi danışıqlar masasına və ikitərəfli dialoqa qayıtmaqdır”.

O, İranın nüvə proqramı ilə bağlı bəndə toxunaraq, qeyd edib ki, İran İslam Respublikası həmişə beynəlxalq qanunlara və öhdəliklərə sadiq qalıb və bu baxımdan, sülhməramlı nüvə proqramı ilə bağlı əsassız bəyanatları dəyərsiz hesab edir.

Nasir Kənani kollektiv təhlükəsizliyin təmin edilməsi üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb və əlavə edib; “İran İslam Respublikası əcnəbilərin bölgədə hərbi mövcudluğunu rədd edir və ərazi suları və su yollarının təhlükəsizliyinin təmin edilməsində effektiv və konstruktiv rolunu qüdrətlə davam etdirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − two =