Kərbəla valiliyinin imam Hüseynin (ə) Ərbəin mərasimi ilə bağlı yeni göstərişləri

Kərbəla valiliyinin imam Hüseynin (ə) Ərbəin  mərasimi ilə bağlı yeni göstərişləri

Kərbəla Valiliyinin İnformasiya İdarəsi imam Hüseynin (ə) Ərbəin mərasimi ilə bağlı xüsusi təhlükəsizlik iclasının keçirildiyini və yeni əmrlərin verildiyini açıqlayıb.

Ərbəin mərasiminin təhlükəsizliyinə cavabdeh olan təhlükəsizlik komitəsi bu mərasimlə bağlı son tədbirləri və hazırlığı nəzərdən keçirmək üçün geniş iclas keçirib və bununla bağlı bir sıra əmrlər verib.

Bir nüsxəsi “Əs-Suməriyyə” saytında dərc olunan bəyanatda Kərbəla Valiliyinin İnformasiya İdarəsi belə elan edib:

Bu toplantıda Kərbəla valisi Mühəndis Nəsif Casim Əl-Xəttabi, Kərbəla əməliyyatlarının komandiri general-mayor Əli Əl-Haşimi, bu qurumun polis rəisi, briqada generalı Əhməd Zavi, vilayət və həmçinin kəşfiyyat və terrorla mübarizə idarəsinin rəisi, Kərbəla əməliyyatları komandanlığında kəşfiyyat rəhbəri, Milli Təhlükəsizlik müdiri, Kərbəla Polis Komandanlığının cinayətlə mübarizə şöbəsinin müdiri iştirak edib.

Bu açıqlamaya əsasən, cümə günü (dünən, sentyabrın 2-də) keçirilən sözügedən iclasda Kərbəla Əməliyyat Komandanlığı, polis komandanlığı və bu əyalətin təhlükəsizlik orqanlarının İmam Hüseynin (ə) Ərbəin ziyarəti mərasiminin uğurla həyata keçirilməsi üçün təhlükəsizlik və xidmət planları müzakirə edilib.

Kərbəla valiliyinin informasiya bürosu həmçinin elan edib ki, bu görüşdə təhlükəsizlik qüvvələrinə Ərbəin mərasimi başa çatana qədər vilayətdə bütün növ motosikletlərin hərəkətinin qarşısını almaq əmri verilib. Bundan əlavə, bu əyalətdə təhlükəsizliyi qorumaq və gücləndirmək və Ərbəin zəvvarlarına dəstək olmaq üçün bir sıra sərəncamlar verilib.

Hər il Ərbəin günlərində ölkənin müxtəlif yerlərindən müxtəlif karvanlar şəklində, ya piyada və ya maşınların köməyi ilə iraqlı zəvvarlar İmam Hüseyni (ə) ziyarət etmək üçün Kərbəlaya gəlirlər.

İŞİD terror qruplaşmasının yatmış hücrələrinin təhdidlərinin davam etməsi səbəbindən, əvvəlki illərdə olduğu kimi, bu il də İraqın müxtəlif bölgələrində zəvvarların təhlükəsizliyini təmin etmək üçün müxtəlif təhlükəsizlik planlarının həyata keçirilməsinə başlanılıb.

İraq Gömrük Təşkilatının direktoru “Əla Əl-Qeysi” bu gün (cümə) 44 mindən çox iranlı zəvvarın “Zərbatiyyə” (Mehran) və Şələmçeh sərhədlərindən ölkəyə daxil olduğunu və Zərbatiyyə, Şəlemçeh, və Əl-Munzariyeh (Xosravi) keçid məntəqələri və Nəcəf Əşrəf hava limanının Ərbəin zəvvarlarının gəlişi üçün nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə əsasən, cümə gününə olan məlumata görə, 30 min iranlı zəvvar Zərbatiyyə sərhədindən, 14 min nəfər isə Şələmçe sərhədindən İraqa daxil olub. Zəvvarların gəlişi hər an artır və ötən saatlarda yüzlərlə iranlı Əl-Mənzəriyə sərhədindən İraqa daxil olub və yaxın 72 saat ərzində minlərlə insanın bu sərhəddən İraqa daxil olması gözlənilir.

Əla Əl-Qeysi daha sonra bildirib ki, sərhəd keçid məntəqələri gündə 10 min zəvvar qəbul etmək gücünə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − two =