Kərbəlada Qasim Süleymani və Əbu-Mehdi əl-Mühəndisin ildönümü ilə bağlı yürüş keçirilib

Kərbəlada Qasim Süleymani və Əbu-Mehdi əl-Mühəndisin ildönümü ilə bağlı yürüş keçirilib

Kərbəla şəhərində əfsanəvi general Qasim Süleymaninin və İraqın Xalq Səfərbər Qüvvələrinin (Haşd-Şabi) rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisin terrora məruz qalmasının ildönümü ilə bağlı yürüş keçirilib.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, yürüş Kərbəla şəhərinin mərkəzindən başlayıb və İmam Hüseynin ziyarətgahı kompleksində başa çatıb.

Bu yürüşdə şəhid general və hərbçilərin xatirəsi anılıb, rəmzi olaraq onların nəşləri çiyinlərdə daşınıb.

Bu yürüşdə ABŞ əleyhinə şüarlar səsləndirilib, şəhidlərin intqamının alınmasının vacibliyi və cinayətkarların mühakimə edilməsilə bağlı İraq hökuməti qarşısında tələblər irəli sürülüb.

Qeyd edək ki, Qasim Süleymani cari ilin yanvar ayının ikisindən üçünə keçən gecə İraqa açıq və rəsmi səfəri zamanı Bağdad hava limanından çıxan kimi ABŞ ordusu tərəfidnən terrora məruz qalmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =