Kəşmirdə atışma: Pakistan hərbçisi həlak oldu
Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, Kəşmirdə təmas xəttində Hindistan hərbçiləri ilə baş verən toqquşma nəticəsində Pakistan ordusunun 1 əsgəri həyatını itirib.
Pakistan İctimaiyyətlə Əlaqələr üzrə Qurumlararası Xidmətinin məlumatına görə, Hindistan tərəfi Satvar rayonunda atəşkəs rejimini pozub.
Pakistan ordusu dərhal bu pozuntuya reaksiya verib.
Hindistan tərəfinin böyük itkilər verdiyi qeyd edilir.
Xatırladaq ki, Kəşmirdəki təmas xəttində 9 dekabrda da pakistanlı və hindistanlı hərbçilər ölmüşdü.