Kabildə partlayışlar planlayan terror qrupu ələ keçib

Kabildə partlayışlar planlayan terror qrupu ələ keçib

Əfqanıstanın paytaxtı Kabildə partlayışlar törədən yeni terrorçu qrup aşkarlanaraq, üzvləri ələ keçirilib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Əfqanıstanın birinci vitse-prezidenti Əmrulla Saleh rəsmi facebook səhifəsində yazıb.

O bildirib ki, Kabildə çoxlu partlayışlar planlaşdırmış və həyata keçirmiş qrup üzvləri ələ keçirilib.

Terror qrupu azı 20 Əfqanıstan rəsmisinin terror edilməsi barədə etiraf ediblər.

Əlavə edilib ki, yüzlərlə insanın ölümü və yaralanmasına səbəb olan bu şəxslərin mühakiməsi ictimaiyyətə açıq şəkildə həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =