Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

İŞİD terror qruplaşmasının rəsmi mediası çərşənbə günü Əfqanıstan Xarici İşlər Nazirliyinin qarşısında baş verən ölümcül partlayışa görə məsuliyyət daşıyan terrorçunun şəklini dərc edib.

Məlumata görə, İŞİD terror qruplaşması çərşənbə günü Əfqanıstanın paytaxtında baş verən ölümcül partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

“Reuters” xəbər agentliyinin məlumatına əsasən, “Əmaq” kimi tanınan İŞİD-in rəsmi mediası çərşənbə günü axşam bəyanat yayaraq bildirib ki, Kabildə Əfqanıstan Xarici İşlər Nazirliyinin binası qarşısında partlayışı bu qruplaşmanın üzvü həyata keçirib.

Kabil polisinin sözçüsü Xalid Zədran çərşənbə günü səhər saat 16:00-da Əfqanıstan Xarici İşlər Nazirliyinin qarşısındakı küçədə baş verən partlayış barədə məlumat verib.

 “Sputnik” xəbər agentliyi də Kabildəki müxbirinə istinadən bildirir ki, bu terror partlayışı nəticəsində 3-ü Taliban üzvü olmaqla 21 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hadisə yerində olan şahidlər bu partlayışda 50-yə yaxın insanın öldüyünü və yaralandığını təsdiqləyiblər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu terror və cinayət hadisəsini pisləyərək, partlayışda həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.

Tehranın Kabildəki səfirliyi də tvitində yazıb: “İran İslam Respublikasının səfirliyi yanvarın 11-də, günorta saatlarında Əfqanıstan Xarici İşlər Nazirliyinin giriş qapısı qarşısında baş vermiş terror hadisəsini pisləyib. Həmin nazirliyin bir sıra əməkdaşlarının və Əfqanıstanın günahsız insanlarının həlak olması və yaralanması ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + sixteen =