Kabus kimi yaxınlaşma: Naməlum səma cisimi dünyaya doğru – FOTO

Kabus kimi yaxınlaşma: Naməlum səma cisimi dünyaya doğru – FOTO

NASA-nın Yupiterin “Avropa” peykini öyrənmək üçün fəzaya göndərdiyi “Europa Clipper” aparatı maraqlı bir müşahidə ilə gündəmə gəlib.

Uçuş zamanı test məqsədilə çəkilən görüntülərdə Mars qeyri-adi, demək olar ki, kabusu xatırladan boz çalarlarda təsvir olunub.

Bu görüntülər “Europa Clipper” cihazında quraşdırılmış əsas alətlərdən biri – “E-THEMIS” tərəfindən əldə olunub. Aparat Qırmızı Planetin səthindən cəmi 884 kilometr məsafədən keçərkən 18 dəqiqə ərzində 1000 ayrı kadr toplayaraq bu təsirli fotonu yaradıb.

Elm adamlarını heyrətləndirən isə görüntüdəki anlaşılmaz vizual detallardır. Qaranlıq və boz tonlarda çəkilmiş Mars, adi görməyə alışdığımız səth görüntülərindən çox fərqli olub.

Xatırladaq ki, “Europa Clipper” missiyasının əsas məqsədi 2030-cu ildə Yupiterin “Avropa” peykinə çatmaq və orada 49 yaxın uçuş həyata keçirməklə buzla örtülü səthin altındakı mümkün maye okeanlarda həyat izlərini araşdırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =