Kafedə iki nəfəri güllələyən şəxs tutuldu

Kafedə iki nəfəri güllələyən şəxs tutuldu

Kafedə həmyerlilərini güllələyən şəxs saklanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupununun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı BAKU.WS-ə bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Rəcəb Məmmədovun yeri müəyyən edilərək saxlanılıb və ondan istifadə etdiyi ov tüfəngi də götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***14:13

Bərdə sakini kafedə həmyerlilərini güllələyib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Bala Qacar kəndində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, kənd sakini Rəcəb Məmmədov aralarında yaranmış münaqişə zamanı həmkəndliləri – Sərxan Əsədova və kafenin sahibi Eldar Məmmədova odlu silahdan atəş açaraq xəsarət yetirib.

Daha sonra hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

R.Məmmədovun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =