“Kalaşnikov”a da sanksiya tətbiq edildi

“Kalaşnikov”a da sanksiya tətbiq edildi

Publika.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Avstraliya hökuməti Ukraynaya hərbi müdaxilənin ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

Avstraliyanın 90 nəfərə qarşı əlavə məqsədyönlü maliyyə sanksiyaları və səyahət qadağaları, 40 təşkilata isə məqsədli maliyyə sanksiyaları tətbiq etdiyi bildirilir.

Yeni sanksiyaların hədəfləri arasında energetika, təbii ehtiyatlar, sənaye, təhsil, əmək, miqrasiya və səhiyyəyə cavabdeh olan rusiyalı nazirlər də var.

Sanksiyalara Rusiyanın ən böyük silah istehsalçılarından biri olan “Kalaşnikov” konserni, “Admiralty Shipyards” sualtı qayıqlarının yaradıcısı, “Tupolev” aviasiya şirkəti, Akademik V.P.Makeyev adına raket konstruktor bürosu və “Kurqanmaşzavod” daxildir.

Avstraliya hökuməti Ukraynaya əlavə pilotsuz uçuş sistemləri verəcəyini açıqlayıb. Eyni zamanda, Yeni Zelandiya hökuməti 87 Rusiya vətəndaşına qarşı sanksiyalar elan edib.

Sanksiyaların tətbiq edildiyi şəxslər sırasına Rusiya üçün strateji əhəmiyyət kəsb edən və Putinə yaxın siyasi xadimlər daxildir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − nine =