Kaliforniya Qubernatoru Donald Trampı məhkəməyə verir!

Kaliforniya Qubernatoru Donald Trampı məhkəməyə verir!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Kaliforniya Qubernatoru Qavin Nyusom Prezident Donald Trampı məhkəməyə verir.Nyusom bildirib ki, Trampın imzaladığı qanunsuz sərəncam ona istənilən ştata hərbi qüvvə göndərmək səlahiyyəti verə bilər.

“Bu həddindən artıq səlahiyyət genişlənməsinə hər bir qubernator – istər demokrat, istərsə də respublikaçı – etiraz etməlidir. Bu, respublikamızın əsaslarını təhdid edən avtoritarizmə doğru açıq bir addımdır,” – deyə Nyusom vurğulayıb.

Kaliforniya qubernatoru Trampın qərarını konstitusiyaya zidd və qeyri-qanuni adlandıraraq, məhkəmə vasitəsilə onun qarşısını almağa çalışdıqlarını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 4 =