Kamaran adasında husilərin mövqeləri vuruldu

ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələri Yəməndə husilərin mövqelərinə növbəti zərbələr endirib.
Bu barədə Yəməndəki yerli mənbələr məlumat yayıb.
“ABŞ və Britaniya qırıcıları Hüdeyda adasının şimal-qərbində yerləşən Kamaran adasında husilərin mövqelərinə dörd zərbə endirib”, – deyə bildirilib.