Kamçatkada 5 turist uçurumdan yıxılaraq ölüb
Rusiyanın Kamçatka diyarında 5 turist uçurumdan yıxılaraq həlak olub.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, 12 nəfərdən ibarət turistik qrup Avrasiyanın ən hündür aktiv vulkanı olan Klyuçevskaya Sopkanı fəth etmək istəyiblər.
Məlumata görə, 4 158 metr hündürlükdə problemlər yaranıb, 5 nəfər yıxılaraq uçurumdan düşüb. Ölənlərin arasında bələdçinin də olduğu güman edilir.
Bildirilib ki, daha 3 turistin tibbi yardıma ehtiyacı var.
Yardıma gələn xilasedici helikopter 3 min metr hündürlükdə eniş edə bilib.
Report.az