Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir

Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir

Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Mark Karni məlumat verib.

“Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə zəmanət verən iki dövlət prinsipini dəstəkləyir”, – Karni “X”də yazıb.

O, qeyd edib ki, Ottava bu məqsədə nail olmaq üçün bütün təşkilatlarda, o cümlədən BMT-nin bu məsələyə həsr olunmuş konfransında xarici işlər nazirlərinin görüşündə fəal çalışacaq.

Baş nazir əlavə edib ki, Kanada İsrail hökumətinin Qəzza zolağında humanitar vəziyyətin sürətlə pisləşməsinin qarşısını ala bilməməsini pisləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =