Kanada hakimiyyəti dinc etirazçılara qarşı cəza tədbirlərinə başlayıb

Kanada hakimiyyəti dinc etirazçılara qarşı cəza tədbirlərinə başlayıb

Kanada hakimiyyəti etirazçılara qarşı cəza tədbirlərinə başlayıb. Ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları Ottavada koronavirusun yayılması ilə mübarizə məqsədilə tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyasının iki təşkilatçısını saxlayıblar.

“Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Məlumata görə, aksiya təşkilatçılarından biri Tamara Liç paytaxtda saxlanılıb. O, polis bölməsindədir.

Bundan əvvəl CTV kanalı məlumat verib ki, yanvarın sonunda nümayiş üçün Ottavaya gələn yük maşınlarının etiraz karvanının təşkilatçılarından biri Kris Barber də Kanadanın paytaxtında polis tərəfindən saxlanılıb. Ondan başqa hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir neçə nəfəri bölməyə aparıblar. Etirazçıların kütləvi saxlanması barədə hələ məlumat verilmir.

Ölkə hakimiyyəti eyni zamanda koronavirus məhdudiyyətlərinə qarşı etirazçıların hesablarını dondurmağa başlayıb. Bu barədə isə ölkənin Baş nazirinin müavini, maliyyə naziri Xristia Friland bildirib.

“Hazırda hüquq-mühafizə orqanları Kanadadakı maliyyə institutları ilə məlumat mübadiləsi aparır. Maliyyə xidməti təminatçıları bu məlumat əsasında artıq tədbir görüblər”, – Friland bildirib.

O, əlavə edib ki, tədbirlər hesablara və kripto pul kisələrinə şamil olunur.

Kanadanın Baş naziri Castin Trüdo parlamentdə çıxışı zamanı Ottava da daxil olmaqla, ölkədə davam edən etirazlara son qoymağın vaxtının yetişdiyini bildirib.

Fevralın 11-də Ontarioda koronavirus məhdudiyyətlərinə qarşı davam edən etirazlar fonunda baş nazir Daq Ford bölgəsində fövqəladə vəziyyət elan edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 6 =