Kanada Nikbə Günündə ölkədə sionist rejimin bayrağının qaldırmasına etiraz edir

Kanada Nikbə Günündə ölkədə sionist rejimin bayrağının qaldırmasına etiraz edir

Kanadanın bir sıra böyük şəhərlərində Nikbə günü münasibəti ilə dövlətin sionist rejimin bayrağını ucaltmaq qərarına etiraz aksiyaları təşkil olunub və fələstinli hüquq müdafiəçiləri İsrailin vəhşi hücumuna görə təcridini tələb ediblər.

İRNA-nın Əl-Cəzirə telekanalından verdiyi xəbərə görə, sionist rejimin bayrağı çərşənbə axşamı (14 may) Kanadanın paytaxtı Ottavada, eləcə də bu ölkənin ən böyük şəhəri olan Torontoda Nikbə günü münasibətilə qaldırılacaq və Ottavada şəhər meriyasının tədbiri əsnasında İsrail bayrağının qaldırılması  qərarı Fələstin dəstəkçilərinin etirazına səbəb olub.

Toronto Starın məlumatına əsasən, bayraq qaldırma mərasimi İsrail Baş Konsulluğunun müraciəti əsasında baş tutacaq. Elə bu səbəbdən də dünən səhər (14 may) saatlarında Fələstin tərəfdarı nümayişçilər bu qərara qarşı çıxaraq etirazlarını elan ediblər. Hətta bu aksiyada yəhudilər də verilən qərara etiraz edərək deyiblər ki, biz bir yəhudi kimi İsraillə fəxr etmədiyimizi yüksək səslə qışqırırıq. Yəhudilər olaraq deyirik ki, bu bizim bayrağımız deyil, biz eyni deyilik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + four =