Kanada Senatı Rusiya aktivlərinin müsadirəsini təsdiqlədi

Kanada parlamenti Rusiya aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, C-19 qanun layihəsi xarici vətəndaşların mənzil almasına iki il qadağa qoyulması, habelə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirə edilməsi və satılması hüququ da daxil olmaqla bir sıra tədbirləri nəzərdə tutur.
Qeyd edək ki, qanun layihəsi Kanadanın Baş naziri Castin Trüdo tərəfindən təklif edilib.
Qafqazinfo.az