Kanada Tramp tərəfdarı olan sağçı qrupu terrorçu adlandırdı

Kanada Tramp tərəfdarı olan sağçı qrupu terrorçu adlandırdı

Kanada çərşənbə günü ABŞ-ın keçmiş prezidenti Donald Trampın himayədarı olan ifrat sağçı “Proud Boys” qrupunu terror qrupları siyahısına əlavə edib.

“Reuters” beynəlxalq xəbər agentliyinin verdiyi məlumata görə, Kanada İctimai Təhlükəsizlik Nazirliyi, bu qrupu “neofaşist təşkilat” adlandırıb.

“Washington Post” qəzetinə görə isə Kanada bu Amerika qrupunu terrorçu elan edən ilk ölkə olub.

“Proud Boys” qrupunun 6 yanvarda ABŞ Konqresinə edilən hücumda iştirak etdiyi və bu hücumda əsas rol oynadığı bildirilir.

“Proud Boys”(Lovğa oğlanlar), ifrat sağçı qrup olub 2016-cı ildən bəri ABŞ-da siyasi zorakılıq tətbiq edən Trampın sadiq tərəfdarıdır.

ABŞ-ın müxtəlif əyalətlərində filialları olan bu qrupun üzvləri, 6 yanvarda Konqresə hücum edənlər arasında olublar.

Bu qrup hazırda ABŞ-da yaşayan Kanadalı Qevin Makaynnis tərəfindən təsis edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 9 =