Kanada və Niderland Suriyaya qarşı BƏM-də iddia qaldırıb

Kanada və Niderland Suriyaya qarşı BƏM-də iddia qaldırıb

Kanada və Niderland Suriyaya qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) iddia qaldırıb.

APA xəbər verir ki, bu barədə BƏM mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkələr rəsmi Dəməşqi məhbuslara işgəncə verməkdə, digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzalarla Konvensiyanı pozmaqda ittiham edir.

İddia ərizəsində qeyd olunub ki, Suriya 2011-ci ildən indiyə qədər mülki nümayişlərin zorakılıqla yatırılması yolu ilə saysız-hesabsız beynəlxalq hüquq pozuntularına yol verib və hazırda bunu davam etdirir.

İddiada deyilir ki, bu tip cinayətlərə mülki əhalini qorxutmaq və cəzalandırmaq üçün kimyəvi silahdan istifadə daxildir ki, bu da çoxsaylı ölüm, yaralanma, fiziki və mənəvi iztirablara səbəb olur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − 1 =