Kanadada anomal şaxtalar hökm sürür

Kanadada anomal şaxtalar hökm sürür

Kanadanın şimal və qərb əyalətlərində son üç gündə anomal şaxtalar hökm sürür.

SalamNews xəbər verir ki, ölkənin 42 şəhərində temperaturun rekord dərəcədə aşağı düşməsi qeydə alınıb.

Hətta, mülayim iqlimi ilə bilinən Vankuverdə dekabrın 26-sı bazar günü son 50 ilin ən soyuq günü qeydə alınıb.

Havanın temperaturu mənfi 15,3 dərəcə olub.

Qeyd edək ki,Vankuverdə ən aşağı temperatur sonuncu dəfə 1971-ci ildə mənfi 12,8 dərəcə qeydə alınıb. Kanadanın meteorologiya idarəsi Edmonton (Alberta əyalətinin paytaxtı) və Kalqari şəhərlərində mənfi 50 dərəcəyə qədər olan şaxtalarla əlaqədar əhaliyə xəbərdarlıq edib.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − four =