Kanadada atışma zamanı azı 4 nəfər yaralanıb

Kanadada atışma zamanı azı 4 nəfər yaralanıb

Kanadanın Kvebek əyalətində kollec yaxınlığında baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə cümə günü CBC radiostansiyası məlumat yayıb.

“Azı dörd nəfər yaralanıb, atəş səsləri eşidilib və “Montmorency” kollecinin binası polis tərəfindən bağlanıb”, – məlumatda deyilir.

Qeyd olunur ki, polis parka yerli vaxtla saat 17:22 radələrində (Bakı vaxtı ilə 2:22) çağırılıb. Müstəntiqlər bir və ya bir neçə şübhəlini axtarır.

Eyni zamanda, polisin məlumatına görə, hadisə zamanı yalnız bir nəfər xəsarət alıb, onun həyatı üçün təhlükə yoxdur.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − five =