Kanadada avtomobilin piyadaları vurması nəticəsində 2 nəfər ölüb

Kanadanın Kvebek ştatının Amki şəhərində sürücünün pikap avtomobilini piyadaların üzərinə sürməsi nəticəsində ən azı iki nəfər ölüb, 9 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə yerli polisə istinadən CBC teleradio korporasiyası məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.
Sürücü hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Apa.az