Kanadada hərbi helikopter çaya düşüb, ölənlər var
Kanadada hərbi helikopter qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi açıqlama yayıb.
Kral Hərbi Hava Qüvvələrinə məxsus “Chinook” tipli hərbi helikopter Ottava çayına düşüb..
Nəticədə iki əsgər həlak olub, ikisi isə yaralanıb.
Helikopter yerli vaxtla saat 00:10 radələrində təlim uçuşu zamanı Ontario əyalətinin Petavava şəhərindəki hərbi baza yaxınlığında Ottava çayına düşüb.
Kanadanın baş naziri Castin Trüdo qəza ilə bağlı hərtərəfli araşdırma aparılacağına diqqət çəkib.
Qəzanın səbəbi hələlik məlum deyil.
Apa.az