Kanadada irimiqyaslı meşə yanğınları: nəzarət altına almaq olmur

Kanadada irimiqyaslı meşə yanğınları: nəzarət altına almaq olmur

Bu barədə Publika.az “CBC News”a istinadla xəbər verir.

Bir neçə saat ərzində Fox Lake kəndi yaxınlığında baş verən yanğın təxminən 44 kvadrat kilometr ərazini əhatə edib. Xilasedicilərin güclü külək və quru hava səbəbindən yanğını nəzarət altına ala bilmədikləri bildirilir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, artıq 3700-ə yaxın sakin kəndi və yaxınlıqdakı yaşayış məntəqələrini tərk edib.

Kanadanın bir sıra əyalətlərində meşə yanğınları mövsümü artıq başlayıb, hazırda təkcə Albertada 72 meşə yanğını qeydə alınıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 19 =