Kanadada meşə yanğınlarının miqyası daha da genişlənir -YENİLƏNİB

Kanadada meşə yanğınlarının miqyası daha da genişlənir -YENİLƏNİB

Kanadada irimiqyaslı meşə yanğınları tüğyan edir.

BAKU.WS ölkənin Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, yanğın 788 hektar ərazini əhatə edib.

Xilasedicilər təhlükəli ərazilərdən 16 mindən çox insanı təxliyə ediblər.

***11:06

Kanadanın Halifax şəhərində meşə yanğını ilə əlaqədar bir həftəlik fövqəladə vəziyyət elan edilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə alovlar yaşayış evlərinə çatıb.

Bundan başqa bütün şəhərdə səmanı tüstü bürüyüb.

Yerli bələdiyyə sakinləri hava şəraiti yaxşılaşana qədər pəncərə və qapıları bağlamağa və evdə qalmağa çağırıb. İlk təxliyyələrin aparıldığı Uestvood Hillsdə 10 ev dağıdılıb. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada bildirilib ki, təcili tibbi yardım qrupları və yanğınsöndürənlər bütün gün ərzində insanları təxliyə etmək və yanğını söndürmək üçün çalışıblar.

Qeyd edək ki, Kanadanın qərbindəki Alberta əyalətində mayın 5-də başlayan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib və minlərlə hektar ərazi külə dönüb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + fifteen =