Kanadada Minlərlə İnsan Fələstinə Dəstək Üçün Küçələrə Çıxdı! (Video İzlə)

Kanadada Minlərlə İnsan Fələstinə Dəstək Üçün Küçələrə Çıxdı! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Bu gün Kanadada Fələstinə dəstək aksiyaları keçirilib. Toronto və Ottava şəhərlərində minlərlə insan Kanadanın İsrailə silah satışını dayandırmasını tələb edərək yürüşlər təşkil edib.

Toronto şəhərində Yonge-Dundas meydanında toplaşan etirazçılar Kanada hökumətinin İsraillə beynəlxalq əlaqələrini kəsməsini tələb ediblər. Ottavada isə Parlament Təpəsində keçirilən aksiyada nümayişçilər Kanadanın İsrailə silah ixracını davam etdirməsini tənqid ediblər.

Bu aksiyalar Fələstin Gənclər Hərəkatı və digər təşkilatlar tərəfindən təşkil edilib və ölkə üzrə geniş miqyasda dəstək görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 13 =