Kanadada pandemiya məhdudiyyətlərinə qarşı etiraz dalğası böyüyr

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu dəfə də aksiyalara yük maşını sürücüləri rəhbərlik edirlər. Onlar bütün koronavirus məhdudiyyətlərinin götürülməsini istəyirlər.
Etirazçılar 14 gün əvvəl başlayan və bu gündən yeni, daha sərt mərhələyə qədəm qoyan aksiyalarını dayandırmaq fikrində olmadıqlarını vurğulayıblar.
Yüzlərlə traktor, yük maşını, pikap və minik avtomobili hələ də parlamentin qarşısındakı küçələrdə düzülüb. Aksiyaçılar əsas yolları bu yolla kəsəcəklərini bildiriblər.
“Biz buranı tərk etmək fikrində deyilik, hakimiyyət hələ də bizə qulaq asmır, bizimlə danışmaq istəmirlər və bizi şəhəri dağıdan marjinallar adlandırırlar. Biz adi kanadalıyıq, bir çoxumuz azadlıqlarımızın geri qaytarılmasını tələb edən fəhlə sinfindən olan insanlarıq”- etirazçıların bəyanatında deyilir.
Qeyd edək ki, yeni məhdudiyyətlərə görə, 3 və 4-cü doza vaksin vurdurmayan kanadalılar kafe və restoranlara gedə bilməz, hətta əmək fəaliyyəti ilə məşğul olmaq da qanunla qadağan edilib.
Publika.az