Kanadada restoranda atışma olub

Kanadanın Ontario əyalətinin Ayaks şəhərində restoranda atışma olub.
APA-nın məlumatına görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Hadisə nəticəsində yaralanan 6 nəfər xəstəxanaya yerləşdirilib.
Bir nəfərin vəziyyəti ağırdır.
Məlumata görə, şübhəli şəxs avtomobillə hadisə yerindən qaçıb.
Apa.az