Kanadadakı meşə yanğınları Nyu-Yorkda həyatı iflic etdi

Kanadadakı meşə yanğınları Nyu-Yorkda həyatı iflic etdi

Kanada hökuməti 3,3 milyon hektardan çox ərazini bürümüş kütləvi meşə yanğınları ilə mübarizəni davam etdirir. Artıq minlərlə insan təxliyə edilib. Şimali Amerikada tüstü səbəbindən yüksək risk səviyyəsi elan edilib.

Ən güclü yanğınlar Kanadanın Alberta, Kvebek və Yeni Şotlandiya əyalətlərində müşahidə olunur. Yanğının söndürülməsi üçün ordu cəlb edilib.

Məlumata görə, meşə yanğınlarının tüstüsü artıq ABŞ-nin Nyu-York və Konnektikut ştatlarına çatıb.

Nyu-York meri Erik Adams sakinləri ehtiyatlı olmağa və mümkün olduqca açıq hava fəaliyyətini məhdudlaşdırmağa çağırıb. Adams, həmçinin açıq havada məktəb tədbirlərinin ləğv edildiyini də açıqlayıb. Onun sözlərinə görə, vəziyyət bir neçə gün davam edə bilər.

Mənbə: New York Daily

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + three =