Kanadalıların əksəriyyəti Trüdonun istefasını istəyir

Ölkə sakinlərinin 68 %-i Kanadanın Baş naziri Castin Trüdonu bu postda görmək istəmir.
Bu barədə “Ipsos” tədqiqat şirkətinin sifarişi ilə sosioloji sorğu keçirən “Global News” telekanalı məlumat yayıb.
Bildirilib ki, respondentlərin 68 %-i baş nazir və Kanadanın hakim Liberal Partiyasının liderinin istefasını istəyir.
Hökumət başçısına ən az etimad göstərən ölkənin qərbi Alberta (79 %) və Atlantik regionlarıdır (76 %).
Hazırda respondentlərin 42 %-i müxalif Kanada Mühafizəkarlar Partiyasına, yalnız 24 %-i isə liberallara səs verməyə hazırdır.