Kartof bilib yediyimiz əslində nədir?-Video

Kartof bilib yediyimiz əslində nədir?-Video

Xaricdə görüb, qorxulu yuxumuza çevrilən anlayışlardan biri də plastik və ya süni qidalardır. Son dövrlərdə cəmiyyət arasında Azərbaycan bazarında plastik kartofların peyda olması ilə bağlı təşviş yaranıb. Maraqlıdır, plastik kartof həqiqətən də varmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, kartoflar sortundan asılı olaraq bir-birindən fərqlənirlər. Bu fərqlilik də bəzən bizi yanıldır.

Eyyub Hüseynovun sözlərinə görə, plastikdən qida hazırlamaq mümkün deyil.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, bugünədək həyata keçirilən planlı və plandankənar yoxlama-nəzarət tədbirləri zamanı belə bir şeyə rast gəlinməyib.

İstehlakçılar isə bu kimi şübhəli hallarla rastlaşarlarsa, Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.

Qida mütəxəssisi Ağa Salamov isə deyir ki, kartofun alışılmış görüntüsü olmadıqda insanlar bir qədər diqqətli olmalıdırlar.

Ekspert onu da vurğuladı ki, Pakistan və Hindistandan hibrid adı ilə gətirilən kartoflar var.

Qeyd edək ki, sosial şəbəkələrdə plastik kartofların adi kartoflara qarışdırılaraq satıldığı iddia olunur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 1 =