Kasıblıq uşaqların beyninə belə təsir edir

Kasıblıq uşaqların beyninə belə təsir edir

Yoxsul həyat yaşamaq uşağın beynindəki struktur əlaqələri zədələyə bilər.

Publika.az xəbər verir ki, araşdırma “JAMA Network Open” jurnalında dərc olunub.

Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri, 9-10 yaş arası təxminən doqquz min uşağın məlumatlarından istifadə ediblər. Onların səhhəti ən azı on il nəzarətdə saxlanılıb.

Alimlər aşkar ediblər ki, yoxsulluq şəraitində yaşayan uşaqların beyninin ağ maddəsində olan su molekulları hərəkət etməkdə çətinlik çəkir ki, bu da onlarda suyun hərəkətində struktur maneələrin yaranması ilə əlaqədar ola bilər.

Bundan əlavə, onların beyinlərinin bəzi hissələrində daha çox maye olub. Bu da beynin iltihabını göstərə bilər. Əvvəllər məlum olub ki, böyüklərdə xroniki iltihab demensiya və sinir sisteminin digər pozğunluqları ilə əlaqələndirilir.

“Ağ maddənin bütövlüyü beynin inkişafı üçün çox vacibdir. Onun azalması uşaqların görmə-məkan və psixi sağlamlıq problemləri ilə bağlıdır”, – deyə alimlər izah ediblər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − two =