Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələndi

Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələndi

Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması məqsədi ilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən rayon ərazisində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Bu istiqamətdə təşkil olunan növbəti reyd zamanı mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib və barələrində inzibati protokol tərtib edilib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + twelve =