Keçmiş CIA analitiki məxfi sənədləri sızdırdığına görə həbs edildi!


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) analitiki Asif Vilhelm Rəhman İsrailin İrana mümkün hücumu ilə bağlı məxfi sənədləri sızdırdığına görə 37 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə sənədlərinə görə, Rəhman Espionaj Aktını pozduğunu etiraf edərək, məxfi məlumatları çap etdiyini, fotoşəkillərini çəkdiyini və paylaşdığını bildirib.
İstintaq materiallarında qeyd olunur ki, sızdırılmış məlumatlar ABŞ-ın milli təhlükəsizliyinə risk yarada biləcək dərəcədə həssas xarakter daşıyır. Məsələ ilə bağlı hökumət rəsmiləri açıqlama verməkdən çəkinir.