Keçmiş erməni prezidentlər və Qarabağdakı “qlavarlar” görüşdü
Publika.az xəbər verir ki, görüş Eçmiədzin kilsəsində (Müqəddəs Eçmiədzin Ana Tacı) keçirilib.
Görüşə qondarma “dqr”in keçmiş “qlavarlar”ından Arkadi Qukasyan və Bako Saakyan qatılıb.
“Ermənistanda yaranmış vəziyyətlə bağlı maraqlı müzakirə aparılıb. Görüşlərin davam etdirilməsi ilə bağlı qərar qəbul edilib”, – Eçmiədzin kilsəsinin açıqlamasında bildirilib.
Publika.az