Keçmiş Mossad rəhbəri: İsrail dağılmaq ərəfəsindədir

Keçmiş Mossad rəhbəri: İsrail dağılmaq ərəfəsindədir

Mossad casus təşkilatının keçmiş rəhbəri çıxışında bildirib ki, sionist rejim misli görünməmiş təfriqələrin sayəsində özünü məhv etmək mərhələsinə daxil olub.

Mossad kəşfiyyat agentliyinin (2011-2016-cı illər) keçmiş rəhbəri Tamir Pardo təhlükəsizlik konfransında sionist rejimin daxili süqutu ilə bağlı açıq şəkildə xəbərdarlıq edib.

Səfa Xəbər Agentliyinin məlumatına görə, “Netanya Akademik” institutunda “Daqan” Təhlükəsizlik və Strategiya Konfransında çıxış edən Tamir Pardo bildirib ki, İsrail misli görünməmiş parçalanmaların sayəsində özünü məhv etmək mərhələsinə qədəm qoyub və dağılmaq ərəfəsindədir.

Lütfən, çox gec olmadan dayanın. Biz hələ də heç nə öyrənməmişik ki, qlobal bir qəsəbədə yaşayırıq, orada hamını görürük və başqaları da bizi görür? Bizi gözləyən təhlükə ilə üzləşməyə hazırıqmı?

“Burada mövcud olması qeyri-mümkün kimi görünən bir ölkə yaradılıb. Həmin plkə bizim varlığımızı qəbul etməyənlərə qarşı yeddi müharibədə dayana bildi və qabaqcıl texnologiya, kənd təsərrüfatı, tibb və s. ilə zəngin və institutlaşmış bir hökumət yarada bildik.” – deyə, Mossadın keçmiş rəhbəri bildirib.

Ancaq təhlükələrin hələ də qaldığı və düşmənlərimizin məhv olma saatlarını saydığı bir şəraitdə biz parçalanmış ölkəyə çevrilmişik.”

İşğal olunmuş ərazilərin sakinlərinin bir-birinə qarşı qarşılıqlı nifrətinə toxunan Pardo bunu “özünü məhv edən sistem” adlandırıb və bildirib ki, dörd tur seçkilərdən və Knessetdə çoxluq təşkil edən hökümətin formalaşmasından sonra hələ də Naftali Benneti Baş nazir kimi rəsmi şəkildə tanımayanlar var.

Onun sözlərinə görə, Naftali Bennetin kabinetinin əleyhdarları Knessetdə koalisiya hökumətinin təklif etdiyi istənilən qanuna qarşı çıxır və onların son məqsədi hökuməti iflic vəziyyətə salmaqdır. Pardo prosesi demokratiya prinsiplərinə zidd adlandırıb.

Keçmiş Mossad rəhbəri ötən həftə Qüdsdəki mühacirlər tərəfindən bayraq yürüşü ilə bağlı da İsrail rejiminin Qüdsün köhnə hissəsinə hakim olduğuna şübhə etdiyini bildirib və əlavə edib:

“Həftəlik müzakirələr və yürüşə hazırlıqlar yerin suverenliyinin miqyasını şübhə altına alıb. Ölkə tam işğal altındadır və eyni zamanda bütün xəbər rubrikalarında paytaxtımızda yürüş edə bildiyimizdən danışılır. Bu vəziyyət heç yerdə görünməmiş vəziyyətdir.”

“Qüds həqiqətən birləşibmi? İsrail 1967-ci ildən bu yana şəhəri birləşdirmək üçün nəsə edibmi? Dünyada qaçqın düşərgələri olan paytaxt varmı? Yerusəlim sakinlərinin hüquqları bərabərdirmi? Biz 1967-ci ildə şəhəri birləşdirməyə qərar verdik, lakin onu birləşdirmək üçün heç nə etmədik.”

O, daha sonra xəbərdarlıq etdi ki, iki dövlətli həll qəbul olunmasa, yeganə alternativ tək dövlət olacaq, bu halda yəhudilər azlıq təşkil edəcək.

Sionist rejimin keçmiş yüksək rütbəli rəsmisinin bu rejimin ağır daxili vəziyyəti ilə bağlı xəbərdarlıq etməsi ilk dəfə deyil. Demək olar ki, onilliklər ərzində bir çox sionist liderlər işğalçı rejimin zəif təməllərinə işarə edərək, daxildən parçalanmaqdan danışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 1 =