Keçmiş sionist dövlət katibi və ABŞ-ın keçmiş səfiri hakerlərin hədəfində

Keçmiş sionist dövlət katibi və ABŞ-ın keçmiş səfiri hakerlərin hədəfində

Hakerlər ABŞ-ın keçmiş səfirinə və Tel-Əvivin bəzi keçmiş yüksək vəzifəli məmurlarına kiberhücum etməyi bacarıblar.

Tel-Əvivdə yerləşən kibertəhlükəsizlik şirkəti iddia edib ki, iranlı şəxsi hakerlər qrupu Tel-Əvivdə yüksək rütbəli İsrail və Amerika rəsmilərini hədəf alıb.

Checkpoint internet saytının məlumatına görə, iranlı hakerlər ABŞ-ın Tel-Əvivdəki keçmiş səfirinə, İsrailin keçmiş yüksək rütbəli məmurlarına, akademiklərə və İsrail hərbi şirkətinin yüksək səviyyəli rəhbərinə qanuni və normal görünən fişinq e-poçtları və ya mesajlar göndəriblər.

 “Bu hücumda istifadə edilən zərərli proqram əvvəlki hücumlarda istifadə edilən Phosphorus adlı tanınmış İran hakerlərinə bənzəyir.” – deyə, Checkpoint bildirib.

 “Checkpoint”dən verilən məlumata görə, əməliyyatın məqsədi zərərçəkmişlərin inboxuna, şəxsiyyəti təsdiq edən məlumatlara və şəxsiyyəti təsdiq edən sənədlərə çıxış əldə etmək olub. Rejim buna şübhə ilə yanaşır və əlavə araşdırma üçün Checkpoint-ə müraciət edib.

Hücumda hakerlər ilk olaraq qurbanları əlavə linklərə tıklamağa inandırmaq üçün bir beyin mərkəzi tərəfindən dərc edilmiş İranın nüvə problemi ilə bağlı İsrailin strategiyasına dair sənədə yönəldiblər və sonra məlumat yayılıb.

Yaxud da, hakerlər bir sıra qanuni e-poçtları ələ keçirdilər, onların fişinq mesajlarını daxil etdilər və məlum kontaktların məlum hüquqi ünvanlarından istifadə edərək qurbanlara e-poçt göndərə bildilər.

Məlumatda əlavə edilib ki, hakerlər həmçinin Qərbi Asiyada çalışan tanınmış sionist tədqiqatçının elektron poçtunu sındırmağa nail olub və onun elektron poçtu vasitəsilə İsrail Mərkəzi Təhlükəsizlik Şirkətinin direktorunun kimliyini əldə edə biliblər.

Sionist rejim öz təhlükəsizliyi üçün apardığı bütün iddia və təbliğatla birlikdə xüsusilə kiber sahədə ən həssas və ən zəif təhlükəsizlik infrastrukturlarından birinə malikdir. Son bir neçə ay ərzində rejimin infrastrukturu və obyektləri dəfələrlə kiber və haker hücumlarına məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + two =