Keçmiş Sionist məmur: Bayden İrana qarşı təzyiqləri gücləndirməlidir

Keçmiş Sionist məmur: Bayden İrana qarşı təzyiqləri gücləndirməlidir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Sionist rejimin BMT-dəki keçmiş nümayəndəsi ABŞ-ın seçilmiş Prezidentinə BMT Təhlükəsizlik Şurasına qayıtmaq barədə düşünməməyi və bunun əvəzinə İrana qarşı maksimum təzyiq siyasətini davam etdirməsini tövsiyə etdi.

Sionist rejimin Birləşmiş Millətlərdəki keçmiş nümayəndəsi Danny Danon bazar ertəsi günü Fox News telekanalında yayımlanan bir müsahibəsində ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenə Tramp administrasiyasının İrana qarşı siyasətini davam etdirməsini tövsiyə edib.

İrana təzyiqi Danny Danon FoxNews-a verdiyi açıqlamada: “Ümid edirəm ki, seçilmiş Co Bayden Prezident Trampın başlatdığı siyasəti davam etdirəcək. Çünki bu, təkcə İsrail və Ərəb dünyası üçün deyil, ABŞ-ın da xeyrinədir.” – dedi.

Keçmiş Sionist nümayəndəəlavə etdi: “Bayden hökumətinə İrana qarşı daha çox sanksiya tətbiq etmələrini və onları razı salmamalarını məsləhət görürəm.

Onları məmnun etməyə çalışdığınız zaman fürsətdən istifadə edəcəklər və ABŞ-ın bu oyuna qarışmasını yaxşı hesab etmirəm. Yeni rəhbərliyi İrana daha çox təzyiq göstərməyə və bölgədəki ABŞ müttəfiqləri ilə daha sıx əməkdaşlıq etməyə çağırıram”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 8 =