Keçmiş sionist rəsmi: İsrail Qəzza müharibəsində məğlub oldu

Sionist rejimin Daxili Təhlükəsizlik Şurasının keçmiş rəhbəri “Qyura Ayland” bəyanatında İsrailin Qəzza müharibəsində uduzduğunu və atəşkəs razılaşmasının HƏMAS-ın irəliləyişinə maneə hesab olunmadığını vurğulayıb.
Bu keçmiş sionist rəsmi İsrailin Qəzza müharibəsində məğlubiyyətə uğradığını, HƏMAS-ın isə açıq-aşkar qələbə qazandığını bildirərək dedi: Bu döyüş İsrail (rejim) üçün böyük məğlubiyyətdir, çünki HƏMAS nəinki İsrailin öz məqsədlərinə çatmasına mane oldu, həm də hakimiyyətdə qalmağı da əhatə edən öz məqsədlərinə nail ola bildi.
O əlavə etdi: Bu razılaşma HƏMAS-ın qüdrət və imkanlarının bərpasına mane olmadı, hətta daha da irəliləyə bilər və HƏMAS güclənərsə və İsrail ona qarşı hərəkətə keçərsə, razılaşmanı pozan İsrail olacaqdır.