Kemp-Deviddə ABŞ-Cənubi Koreya-Yaponiya sammiti keçiriləcək

Kemp-Deviddə ABŞ-Cənubi Koreya-Yaponiya sammiti keçiriləcək

Cümə günü ABŞ Prezidentinin şəhərkənarı iqamətgahı olan Kemp-Deviddə ABŞ-Cənubi Koreya-Yaponiya sammiti başlayacaq və burada dövlət başçıları digər məsələlərlə yanaşı, üç ölkənin birgə təlimlərinin genişləndirilməsini də müzakirə edəcəklər.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

ABŞ Prezidenti Cozef Bayden Cənubi Koreya Prezidenti Yun Sok Yol və Yaponiyanın Baş naziri Fumio Kişidanı qəbul edəcək.

ABŞ dövlət katibi Antoni Blinken qarşıdan gələn sammiti şərh edərkən Yaponiya və Cənubi Koreyanı Birləşmiş Ştatların əsas müttəfiqləri adlandırıb.

“Sammit üçtərəfli əməkdaşlıqda yeni era hesab etdiyimiz dövrü qeyd edəcək”, – o əlavə edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =