Keşiş “Harri Potter”i yandırtdı

Keşiş “Harri Potter”i yandırtdı

ABŞ-ın Tennessi ştatında bir keşiş sehr və cadugərlik haqqında olduğunu iddia etdiyi “Harri Potter” və “Twilight” (Alatoran) seriyasından olan kitabları yandırdıb.

“Qafqazinfo” ABŞ KİV-ə istinadən xəbər verir ki, keşiş Qreq Lok izləyicilərini buna təşviq edib.

Sosial mediada əks olunan görüntülərdə tonqal ətrafına toplaşan kilsə camaatı özləri ilə gətirdikləri “Harri Potter” və “Twilight” (Alatoran) seriyasından olan kitabları və həmin seriyanın köynəklərini yandırıblar.

Keşiş Lok onların dini hüquq və inanc sistemlərinə təhlükə yaratdığını düşündükləri materialları yandırmaq hüququna malik olduqlarını deyib.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =