Kim Çen In İsraili Vaşinqtonun dəstəklədiyi “terror layihəsi” adlandırdı – Pxenyandan kəskin bəyanat

Kim Çen In İsraili Vaşinqtonun dəstəklədiyi “terror layihəsi” adlandırdı – Pxenyandan kəskin bəyanat

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Şimali Koreya lideri Kim Çen In iyulun 19-da yayımlanan rəsmi bəyanatında İsrailin dövlət olmadığını bildirib. O, Tel-Əvivi ABŞ tərəfindən maliyyələşdirilən və regionda terror siyasəti həyata keçirən “geosiyasi layihə” adlandırıb.

“İsrail bir ölkə deyil. Bu, Vaşinqtonun dəstəklədiyi bir terror layihəsidir,” – deyə Kim Çen In bildirib.

Pxenyan rəhbərliyinin bu ifadələri bölgədə geosiyasi gərginliyin və İsraili rejiminin işğalçı siyasətini artırdığı bir vaxtda səslənib. Şimali Koreya son aylarda Fələstinlə həmrəylik mesajlarını intensivləşdirib və İsraili imperializmə xidmət edən rejim kimi adlandırır.

Rəsmi Seul bəyanatı hələ şərh etməyib, Vaşinqton isə Pxenyanın ritorikasını “məqsədli təxribat və təhlükəsizlik risklərinin artırılması” kimi qiymətləndirir.

Hazırda Şimali Koreyanın İsrailə qarşı çıxışları, Tehran və HƏMAS kimi regiondakı anti-Tel Əviv aktorlarla ideoloji yaxınlığı daha da gücləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 7 =