Kim Çen In nüvə arsenalını kəskin şəkildə artırmağın vacibliyindən danışıb

Kim Çen In nüvə arsenalını kəskin şəkildə artırmağın vacibliyindən danışıb

Şimali Koreya nüvə qüvvələrini modernləşdirməli və nüvə silahlarının istehsalını artırmalıdır.

APA xəbər verir ki, bunu KXDR Ali Xalq Məclisinin 9-cu sessiyasında çıxış edən ölkə lideri Kim Çen In deyib.

“Ən mühüm vəzifə nüvə silahı qüvvələrinin keyfiyyət və kəmiyyət baxımından sürətlə gücləndirilməsidir”, – deyə o bildirib.

Kim Çen In nüvə silahlarının müxtəlif qoşun növlərində döyüş növbəsinə qoyulmasını istəyib.

Onun sözlərinə görə, bu istiqamətdə səylər KXDR-ə qarşı nüvə müharibəsi təhlükəsi şəraitində çəkindirmə potensialını reallaşdırmaq üçün lazımdır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − ten =