Kim Çen müharibənin qarşısını almaq üçün yollar axtarır
Publika.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Aprelin 10-da Kim Çen-in sədrliyi ilə Partiyanın Mərkəzi Komitəsinin qərargahında Koreya Fəhlə Partiyasının 8-ci çağırış Mərkəzi Hərbi Komitəsinin (MHK) 6-cı genişləndirilmiş iclası keçirilib. İclasda mövcud vəziyyət, hərbi əməliyyatların müxtəlif planlarının tərtibi müzakirə edilib.
Qeyd olunur ki, görüş KXDR-in hərtərəfli genişləndirilməsi və möhkəmləndirilməsi üçün strateji tədbirlər gördüyü bir vaxtda “müharibə açmağa” çalışan “ABŞ-ın və onların Cənubi Koreyalı satqın marionetlərinin intriqalarının artması” fonunda böyük əhəmiyyət kəsb edir.
ABŞ və Cənubi Koreya da “KXDR-ə qarşı müharibəni imitasiya edən” irimiqyaslı birgə hərbi təlimlər keçirib.
“Kim Çen In hər gün pisləşən Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətinə daha ciddi nəzarət etmək üçün sürətlə güclənən KXDR-in müharibədən çəkindirmə qüvvələrinin daha praktik və hücum xarakterli genişlənməsinin, effektiv istifadənin zəruriliyini vurğuladı”, – bəyanatda deyilir.
Publika.az