Kirayə ev axtaranlar üçün PİS XƏBƏR- 400-450 manat… – VİDEO

Kirayə ev axtaranlar üçün PİS XƏBƏR- 400-450 manat… – VİDEO

Publika.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev “Xəzər Xəbər”ə deyib ki, səbəb dərslərin ənənəvi qaydada keçirilməsidir. Bakıda kirayədə yaşayan tələbələr qaldıqları evi tətil vaxtında sahibinə qaytarmırlar.

Ev alqı-satqısı ilə məşğul olan Həşim Qədirov bildirib ki, tələbələr kirayə mənzilləri vermədikləri üçün bazarda mənzil qıtlığı yaranıb. Rəqabət azaldığından kirayə mənzillərin qiyməti də bahalaşıb.

Ekspert Nofəl Quliyev hesab edir ki, paytaxda kirayə mənzil bazarı müştərilərinin təxminən 70-75 faizini tələbələr təşkil edir. Ekspertin sözlərinə görə, hazırda evlərin qiymətində 100-150 manat bahalaşma var. Əgər bazarda mənzil çox olmazsa, qiymət artımı növbəti aylarda da davam edəcək.

Ekspertlər onu da bildirirlər ki, hazırda kirayə mənzil bazarında ən çox tələbat ikiotaqlı mənzillərədir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − one =