Kişi morqda mumiyalama zamanı “dirildi”

Kişi morqda mumiyalama zamanı “dirildi”

Az.shafaqna.com “The Standart”-a istinadən xəbər verir ki, Keniyada kişi morqda balzamlama prosesinə hazırlıq zamanı özünə gəlib.

Piter Kigen evdə huşunu itirib. Ailəsi onu xəstəxanaya aparıb. İddia olunur ki, bir neçə saatdan sonra onun yaxınlarına bildiriblər ki, Kigen hələ xəstəxanaya gətirilməmişdən qabaq vəfat edib.

Lakin xəstəxana başçısı Hirbert Çeruyyota deyib ki, Kigenin qohumları onu ölü hesab ediblər. Həkimlər Piterin vəziyyətindən baş çıxarmaq üçün onlara bir neçə saat vaxtın verilməsini istəsələr ki, qohumlar həkimləri tələsməməkdə ittiham edərək özləri onu morqa gətiriblər.

Morq işçiləri bildiriblər ki, Kigenin bədəninin mumiyalamaya hazırlıq zamanı hərəkət etdiyini görüblər.

Bundan sonra Piter palataya gətirilib. Bir neçə gündən sonra o, evə buraxılacaq.

Piterin sözlərinə görə, ölü hesab edildiyini və hətta morqa göndərildiyini öyrəndikdə şok olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =